https://news.day.az/azerinews/1339976.html
Bakıda 16, 17 və 18 yaşlı oğlanlar bıçaqlandı
Bakıda 16, 17 və 18 yaşlı oğlanlar bıçaqlandı
Bu gecə Bakının Sabunçu rayonunda üç nəfər bıçaq xəsarəti alıb.
Day.Az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.
Belə ki, 2003-cü il təvəllüdlü Soltanov Fərhad Elşad oğlu və 2005-ci il təvəllüdlü Həsənli Tural Zəfər oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.
Hər iki şəxs təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
F. Soltanova sol saidin kəsilmiş-deşilmiş yarası, T. Həsənliyə isə sol budun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Eyni zamanda, 2004-cü il təvəllüdlü Nəzərov Şirxan Aslan oğlu da bıçaqlanıb.
Hadisənin təfərrüatları araşdırılır.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре