https://news.day.az/azerinews/1710630.html Azərbaycanda e-ticarət bazarının bu il 2 milyard dollara çatacağı gözlənilir Vizyonumuz bütün satıcılarımızı elektron ixracatçıya çevirməkdir. Day.Az xəbər verir ki, bunu "Trendyol Group"un beynəlxalq genişlənmə şöbəsinin rəhbəri İrem Çağrı Yılandil Bakıda keçirilən "Turan E-Ticarət və İxracat Forumu"nda bildirib. O qeyd edib ki, Azərbaycanın güclü iqtisadi əsasları, canlı ticarət mühiti və dinamik inkişafı var.

Azərbaycanda e-ticarət bazarının bu il 2 milyard dollara çatacağı gözlənilir

Azərbaycanca, 26 ноября 2024 12:39 (UTC +04:00) 932
Azərbaycanda e-ticarət bazarının bu il 2 milyard dollara çatacağı gözlənilir

Vizyonumuz bütün satıcılarımızı elektron ixracatçıya çevirməkdir.

Day.Az xəbər verir ki, bunu "Trendyol Group"un beynəlxalq genişlənmə şöbəsinin rəhbəri İrem Çağrı Yılandil Bakıda keçirilən "Turan E-Ticarət və İxracat Forumu"nda bildirib.

O qeyd edib ki, Azərbaycanın güclü iqtisadi əsasları, canlı ticarət mühiti və dinamik inkişafı var. Buradakı e-ticarət bazarının bu il 2 milyard dollara çatacağı və 2030-cu ilə qədər hər il 13% artacağı gözlənilir.

"Biz investisiya qoymaq, təcrübəmizi bölüşmək, müştərilərimiz və biznes tərəfdaşlarımızla böyümək üçün Azərbaycandayıq.

Birlikdə e-ticarətin gələcəyini formalaşdırmaq və hər kəs üçün qalıcı imkanlar yaratmaq gücümüz olduğuna inanırıq", - deyə o qeyd edib.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə "Founder Club" və Azərbaycan Françayzinq Assosiasiyasının birgə təşkilatçılığı ilə Azərbaycanın iqtisadi inkişafına və beynəlxalq bazarlarda milli brendlərin tanıdılmasına həsr olunmuş Turan E-Ticarət və İxracat Forumu keçirilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости