Norveçli Samirəyə görə Bakıya gəlir - "Adətlərimiz fərqlidir, bir-birimizi tanımalıyıq"
"Beş ildir seçim turlarına qatılıram, alınmırdı. Altıncıda alındı və pandemiyaya düşdü. Yeddinci il o səhnəni gördüm. 20-ci yerlə heç razı deyiləm. İstər vokal, istər çıxış baxımdan yüksək çıxış etdim".
Day.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri "Eurovision 2021" təmsilçimiz Samirə Əfəndi "Elgizlə izlə" proqramında deyib. Sənətçi 20-ci yeri qazanması ilə razılaşmadığını söyləyib. Samirə bildirib ki, yenidən "Eurovision"a getməyi arzulayır.
Müğənni Norveç təmsilçisi "TİX"la olan sevgi münasibətinə də toxunub:
"Oğlan Bakıya gəlmək istəyir. Sərhəddə problem yarandığı üçün qalıb. İsrar da etmirəm gəlsin. Koronavirusla bağlı təhlükə var. Adətlərimiz fərqlidir, bir-birimizi tanımalıyıq".
Proqramda qonaq olan məşhur stilist Anar Ağakişiyev "TİX"ın qolundakı qızıl qolbağı Samirəyə hədiyyə etdiyini söyləyib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре