“İç və hədiyyə qazan!” kampaniyası davam edir

"TAC" MMC-nin martın 15-dən başladığı "Gülüstan, iç və hədiyyə qazan!" lotereya kampaniyasının növbəti uduş verilmə tədbiri keçirilmişdir. Bu dəfə şans Gəncə şəhəri və Ağdam rayonu sakinlərindən yana olmuşdur.  

Kampaniyanın ilk günündən 22.000 nəfər 100 MB internet paket, 12 nəfər 500 manat, 2 nəfər isə 1500 manat super uduşun sahibi olmuşdur. Növbəti super uduş iyun ayının 15-də keçiriləcək tirajda oynanılacaqdır. 

15 iyul tarixinədək davam edən "Gülüstan, iç və hədiyyə qazan!" kampaniyası müddətində göndərilən bütün promo kodlar 1 gündəlik tirajda 100 Meqabayt, 1 həftəlik tirajda 500 manat və 1 aylıq tirajda 1500 manat super uduş qazanmaq şansı verir. Daha cox kod daha çox uduş şansı!  

Lotereya kampaniyasının iştirakçısı olmaq üçün 1, 1,5 və 2 litr həcmində xüsusi nişanlanmış qızılı qapaqlarla "Gülüstan" ticarət nişanlı limonadlarının ən azı bir ədədini dəyəri ödənilməklə əldə edib, qızılı rəngli qapaqların altındakı promo kodu gulustan.info.az saytında qeydiyatdan keçirmək lazımdır. Əlavə olaraq Bakcell nömrələrindən promo kodu qısa smslə 5555-ə göndərərək də qeydiyyatdan keçmək mümkündür. 

Hər gün 250 iştirakçı Bakcell mobil operatorundan 100 MB, hər həftədə 1 şəxs 500 AZN dəyərində uduş və hər ay 1 şanslı şəxs 1.500 AZN dəyərində super uduşun sahibi olur!  

Qaliblər təsadüfi nömrələr generatoru vasitəsilə müəyyən edilir və hər bir qalib iştirakçıya SMS vasitəsilə məlumat verilir. Həmçinin qaliblərin siyahısı gulustan.info.az  saytında gündəlik yenilənir. 

Qeyd edək ki, "TAC" MMC əhalinin keyfiyyətli içməli su və sərinləşdirici içkilər ilə təmin edilməsi üçün Azərbaycanda yaradılan ilk şirkətlərdən biri olaraq artıq 24 ildir ki fəaliyyət göstərməkdədir. Bu müddət ərzində "TAC" MMC daxili bazarı "Aquavita" təbii mineral sular, geniş çeşiddə "Gülüstan" limonadları, "Şahdağ" keyfiyyətli içməli sular və sərinləşdirici içkilər, "Jingo" təbii şirətərkibli içkilər, "Nicetea" soyuq çayları ilə təmin etməkdədir. 

Kampaniya ilə bağlı ətraflı məlumatları gulustan.info.az saytından, eləcə də (+99499) 347-40-00, (+99412) 346-40-00 nömrələri vasitəsilə əldə edə bilərsiniz. 

DAHA COX GÜLÜSTAN, IÇ VƏ HƏDIYYƏ QAZAN!