https://news.day.az/azerinews/1862812.html Bakıda təqaüdçüləri kömək etmək adı ilə talayan şəxs saxlanılıb - FOTO - VİDEO Paytaxtın Yasamal rayonunda polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bankomatdan pul çıxarmaqda çətinlik çəkən vətəndaşların pul vəsaitlərini talamaqda şübhəli bilinən S.Rəşidzadə saxlanılıb. Bu barədə Day.Az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bakıda təqaüdçüləri kömək etmək adı ilə talayan şəxs saxlanılıb - FOTO - VİDEO

Azərbaycanca, 26 сентября 2026 11:52 (UTC +04:00) 214
Bakıda təqaüdçüləri kömək etmək adı ilə talayan şəxs saxlanılıb

Paytaxtın Yasamal rayonunda polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bankomatdan pul çıxarmaqda çətinlik çəkən vətəndaşların pul vəsaitlərini talamaqda şübhəli bilinən S.Rəşidzadə saxlanılıb.

Bu barədə Day.Az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Araşdırmalarla müəyyən edilib ki, o, əsasən ahıl yaşlı təqaüdçülərə bankomatdan pul çıxarmaqda kömək etmək adı ilə yaxınlaşaraq onların bank kartlarındakı vəsaitləri ələ keçirib. S.Rəşidzadənin bu üsulla 3 vətəndaşa məxsus ümumilikdə 2400 manat pul vəsaitini taladığı müəyyən olunub.

S.Rəşidzadə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq hərəkətləri davam etdirilir.

Diqqətə çatdırırıq ki, bankomatdan istifadə zamanı bank kartınızı və PİN-kodunuzu tanımadığınız şəxslərə etibar etməyin. Kömək təklif edən şəxslərə qarşı diqqətli olun, kart məlumatlarınızı və təsdiq kodlarınızı heç kimlə paylaşmayın.

  • Bakıda təqaüdçüləri kömək etmək adı ilə talayan şəxs saxlanılıb
  • Bakıda təqaüdçüləri kömək etmək adı ilə talayan şəxs saxlanılıb
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости