Xalq artisti ilk dəfə övladları olmamasının səbəbini açıqladı

Xalq artisti Yusif Eyvazov Valeriyanın "Youtube"da yayımlanan "Между нами" proqramının qonağı olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, opera ifaçısı həyat yoldaşı Anna Netrebko ilə övladları olmamasından danışıb. O bildirib ki, ilk evliliklərindən uşaqları olsa da, birlikdə övlad sahibi ola bilməyiblər:

"Aramızda hər şey gözəldir. Amma genetik baxımdan uyğun gəlmirik. Ayrı-ayrılıqda övlad sahibi ola bilərik, birlikdə yox. Bütün yolları sınaqdan keçirdik, amma alınmadı".

Yusif surroqat ana tutmağı istəmədiyini söyləyib. O bildirib ki, yad bir qadından ata olmağı arzulamır:

"İrəli gedib uşağın taleyini yaza bilərəm. Amma bunun nə ilə bitəcəyini bilmirəm. Qarşılığını necə ödəyəcəm? Qarşımda qapalı qapı var və onu açmağa qorxuram. Mən və Anna üçün hər şeyi olduğu kimi saxlamaq daha yaxşıdır".

Eyvazov 7 ildir ailəli olduğu Annanın oğlu Tyaqonun əvvəl onu qəbul etmədiyini, daha sonra uşağın qəlbini qazana bildiyini söyləyib:

"Düşünürəm ki, o mənim doğma övladımdır. O, bunu bacardı. Aramızda inanılmaz bağ var. O, mənim ən yaxşı dostumdur".

İfaçı xanımını əsl Azərbaycan qadını adlandırıb:

"Mənə "Netrebko"nun əri deyirdilər. Bu, qaçılmaz idi. Çünki Anna dünyada tanınır. Bu cür söhbətlərə reaksiya vermirdim. Daim üzərimdə çalışdım. Anna mənim üçün güc, ikinci nəfəsdir. Bütün axtardığımı onda tapdım".