Azərbaycanla İraq arasında iqtisadi münasibətlərin daha çox inkişafı üçün potensial var - Nazir - FOTO
Azərbaycanla İraq arasında iqtisadi münasibətlərin daha çox inkişafı üçün potensial var.
Trend-in məlumatına görə, bunu İraqın rabitə naziri Arkan əl-Şeybani deyib.
Onun sözlərinə görə, bu istiqamətdə həm ticarət dövriyyəsinin artımı, həm də qarşılıqlı investisiyaların artırılması üzrə böyük işlər aparılır:
"Biz təkcə ticarəti deyil, həm də turizm, təhsil, informasiya-kommunikasiya sahələrini inkişaf etdirməyi hədəfləyirik".
Qeyd edək ki, bu gün Bakıda Azərbaycan-İraq Hökumətlərarası birgə komissiyasının ikinci iclası keçirilir.
İclasın sonunda Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclasının Protokolu imzalanacaq.
Birgə Komissiya 2010-cu ilin noyabrın 10-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq haqqında Saziş"ə əsasən yaradılıb. Komissiyanın ilk iclası 2013-cü ilin 4 dekabr tarixində Bakı şəhərində keçirilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре