COP29 çərçivəsində ölkələrin götürdükləri öhdəliklərin daha da artmasını istəyirik - BMT rəsmisi
Vacib şərt odur ki, biz ambisiyaları gücləndirək və fəaliyyətə imkan verək. Biz COP29 çərçivəsində ölkələrin götürdükləri öhdəliklərin daha da artmasını istəyirik.
Day.Az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva "Gələcəyin sədaları: İqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi" mövzusunda Dayanıqlı İnkişaf Məqsədləri dialoqunda deyib.
O, bir neçə həftə əvvəl dünya ölkələrinin Nyu-Yorkda toplaşaraq gələcək üçün paktı, qlobal rəqəmsal sazişi və gələcək nəsillər haqqında bəyannaməni qəbul etdiyini xatırladıb və bildirib ki, bu 3 saziş, sənəd imkan verəcək ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) bugünkü çağırışlara uyğunlaşsın və hamı üçün həllər təqdim etməkdə daha da güclü olsun:
"Lakin bir daha bildirim ki, əsas işimiz BMT nizamnaməsinə və beynəlxalq hüququn dəyər və prinsiplərinə əsaslanmaqdır. Ardıcıllıq çox vacibdir və çox vacib şərt odur ki, biz ambisiyaları gücləndirək və fəaliyyətə imkan verək.
Biz COP29 çərçivəsində ölkələrin götürdükləri öhdəliklərin daha da artmasını istəyirik. Tədbir çərçivəsində qlobal orta temperatur artımını 1.5 dərəcədən aşağı saxlamaq üçün dünyanın kollektiv şəkildə düzgün istiqamətdə addımlayıb-addımlamadığını müəyyən ediləcək. Tədbirə ev sahibliyi edən kimi Azərbaycan töhvələrini COP29-dan əvvəl təqdim edəcək. Lakin bilirik ki, iddialar özü-özlüyündə kifayət deyil. Biz icra prosesini genişləndirməliyik və iqlim maliyyələsini artırmalıyıq.
Sözsüz ki,iqlim maliyyəsi yeni kollektiv kəmiyyət məqsədi, inkişaf etməkdə olan ölkələrin təsirinin azaldılması, adaptasiya məsələləri daxil olmaqla COP29 gündəliyində əsas mövzuya çevriləcək. Xüsusilə inkişaf etməkdə olan ölkələr üçün adaptasiya və mitiqasiya baxımından çox mühüm vəsaitdir".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре