Yataqxanadakı evləri özəlləşdirənlər.... - Vəkildən AÇIQLAMA
"Azərbaycanda müxtəlif təşkilatların və qurumların əməkdaşlarının, tələbələrin yaşayış şəraitinin yaxşılaşdırılması və asanlaşdırılması məqsədilə hər zaman yataqxanalar istifadəyə verilib".
Day.Az xəbər verir ki, bu sözləri Milli.Az-a hüquqşünas Ramil Süleymanov deyib.
Bəs vətəndaşlar illərlə yaşadıqları yataqxanaları hansı hallarda özəlləşdirə bilər?
Hüquqşünas bildirib ki, müstəqillikdən sonra bu yataqxanalarda məcburi köçkünlər məskunlaşdırılıb.
"Eyni zamanda 1993-cü ildə Azərbaycan Respublikasının Mənzil Fondunun Özəlləşdirilməsi haqqında qanun qəbul edilib. Həmin qanunun 6-cı maddəsində qeyd olunur ki, təhsil müəssisəsinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, o cümlədən qapalı hərbi şəhərciklərin evlərində xidməti mənzillərin özəlləşdirilməsinə birmənalı olaraq yol verilmir. Lakin vətəndaşlar müxtəlif yollardan istifadə edərək həmin mənzillərin özəlləşdirilməsi üçün cəhdlər göstərmiş və buna nail olmuşdular.
Belə ki, yataqxanaların otaqları əvvəlcə hansı dövlət qurumunun balansında idisə, həmin dövlət qurumundan etirazın olmaması ilə bağlı məktub alınırdı. Həmin məktub ərazi üzrə rayon və şəhər icra nümayəndəsinə təqdim olunurdu. İcra nümayəndəsi otaqla bağlı müxtəlif işlərin aparılması ilə bağlı sərəncam verib, layihə çəkilirdi. Həmin layihəyə etirazın olmamasına dair müzakirələr aparılırdı. Daha sonra vətəndaşla sosial kirayə müqaviləsi bağlanırdı. Vətəndaş bu orderi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə təqdim edərək, bununla bağlı həmin mənzilə aid çıxarış alırdı.
Hüquqşünas qeyd edib ki, bunlar artıq keçmişdə qalıb. Amma son dövrlərdə vətəndaşların yataqxanaların otaqlarına aid xüsusi mülkiyyətə çıxarış sənədinin alınması mümkünsüz hala çevrilib. Bu, vətəndaşların gələcəkdə həmin otaqlara, mənzillərə söküntü, tikinti işləri zamanı mülkiyyətçi olaraq fərdi qaydada çıxış etmək imkanını formal şəkildə məhdudlaşdırır. Ona görə hesab edirəm ki, yataqxanalar dövlətin balansında olmasına rəğmən, özəlləşdirilməsinə yol vermək olmaz. Eyni zamanda, müəssisələr və şirkətlər yataqxanaların müasir binalarının tikilməsi üçün həmin yataqxananın tam şəkildə özəlləşdirilməyə çıxarılması məsələsini qaldıra bilərlər, hansı ki, həmin binanın yerində yeni bina tikmək istəyirlər".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре