https://news.day.az/azerinews/1863150.html Prezidentin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - Dosye Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Prokurorluğunun bir sıra əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib.

Prezidentin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - Dosye

Azərbaycanca, 28 сентября 2026 11:01 (UTC +04:00) 211
Prezidentin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Prokurorluğunun bir sıra əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib.

Day.Az Milli.Az-a xəbər verir ki, sərəncama əsasən, II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi Naxçıvan Muxtar Respublikasının prokuroru Sənan İsa oğlu Paşayevə verilib.

Bəs Sənan Paşayev kimdir?

Sənan Paşayev Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsinə 2025-ci ilin dekabrında təyin olunub. O, bundan əvvəl Naxçıvan prokurorunun müavini vəzifəsində çalışıb.

S.Paşayev daha əvvəl Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini vəzifəsini də tutub.

O, Prezident İlham Əliyevin sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

Sənan Paşayev Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsində Məhərrəm Talıbovu əvəz edib. 

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости