https://news.day.az/azerinews/1863213.html Qarabağ və Şərqi Zəngəzur üzrə kredit qoyuluşları artıb Bu ilin sentyabrın 1-nə Qarabağ iqtisadi rayonu üzrə kredit qoyuluşlarının həcmi 585,359 milyon manat təşkil edib. Day.Az xəbər veirr ki, Trend-in Azərbaycan Mərkəzi Bankının statistik bülleteni əsasında hesablamasına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 68,8 milyon manat və ya 13,3 faiz artıb.

Qarabağ və Şərqi Zəngəzur üzrə kredit qoyuluşları artıb

Azərbaycanca, 28 сентября 2026 14:27 (UTC +04:00) 246
Qarabağ və Şərqi Zəngəzur üzrə kredit qoyuluşları artıb

Bu ilin sentyabrın 1-nə Qarabağ iqtisadi rayonu üzrə kredit qoyuluşlarının həcmi 585,359 milyon manat təşkil edib.

Day.Az xəbər veirr ki, Trend-in Azərbaycan Mərkəzi Bankının statistik bülleteni əsasında hesablamasına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 68,8 milyon manat və ya 13,3 faiz artıb.

Hesabat dövründə Qarabağ iqtisadi rayonunda kreditlər üzrə orta faiz dərəcəsi 19,71 faiz təşkil edib. Sözügedən kreditlərin 585,2 milyon manatı milli valyutada, 159 min manatı isə sərbəst dönərli valyutada (SDV) yerləşdirilib.

Qısa müddətli kreditlərin həcmi 34,343 milyon manat olub. Bunun 34,328 milyon manatı milli valyutada, 15 min manatı isə SDV-də ifadə olunub. Uzunmüddətli kreditlərin həcmi isə 551,016 milyon manat təşkil edib. Uzunmüddətli kreditlərin 550,872 milyon manatı milli valyutada, 144 min manatı SDV-də verilib.

Eyni zamanda, bu ilin sentyabrın 1-nə Şərqi Zəngəzur iqtisadi rayonu üzrə kredit qoyuluşlarının həcmi 36,086 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,176 milyon manat və ya təxminən 1,7 dəfə çoxdur.

Hesabat dövründə Şərqi Zəngəzur iqtisadi rayonunda kreditlər üzrə orta faiz dərəcəsi 13,71 faiz olub. Region üzrə kredit qoyuluşlarının 27,237 milyon manatı milli valyutada, 8,849 milyon manatı isə SDV-də yerləşdirilib.

Şərqi Zəngəzurda qısamüddətli kreditlərin həcmi 13,127 milyon manat təşkil edib. Bunun 4,278 milyon manatı milli valyutada, 8,849 milyon manatı isə SDV-də olub. Uzunmüddətli kreditlərin həcmi 22,959 milyon manat təşkil edib və bu məbləğ tamamilə milli valyutada formalaşıb.

Beləliklə, sentyabrın 1-nə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə kredit qoyuluşlarının ümumi həcmi 621,445 milyon manata çatıb. Bu göstərici illik müqayisədə 83,943 milyon manat və ya 15,6 faiz artım deməkdir.

Qeyd edək ki, 31 avqust 2026-cı il tarixinə Azərbaycanın bütün iqtisadi rayonları üzrə kredit qoyuluşlarının həcmi 32,824 milyard manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,119 milyard manat və ya 14,13 faiz artıb.

Ümumi kredit portfelinin 27,376 milyard manatı milli valyutada, 5,448 milyard manatı isə sərbəst dönərli valyutada olub. Azərbaycanda kreditlər üzrə orta faiz dərəcəsi 14,13 faiz təşkil edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости