https://news.day.az/azerinews/1863270.html Türkiyədə qanunsuz mərc əməliyyatı: 45 nəfər saxlanıldı Türkiyənin Mardin vilayətinin mərkəz olduğu 3 vilayətdə qanunsuz mərc oyunları ilə bağlı əməliyyat keçirilib. Day.Az xəbər verir ki, bu barədə "Haber 7" məlumat yayıb. Bildirilib ki, hüquq-mühafizə orqanlarının keçirdiyi əlaqələndirilmiş əməliyyatlar nəticəsində 45 şübhəli saxlanılıb.

Türkiyədə qanunsuz mərc əməliyyatı: 45 nəfər saxlanıldı

Azərbaycanca, 28 сентября 2026 17:35 (UTC +04:00) 264
Türkiyədə qanunsuz mərc əməliyyatı:

Türkiyənin Mardin vilayətinin mərkəz olduğu 3 vilayətdə qanunsuz mərc oyunları ilə bağlı əməliyyat keçirilib.

Day.Az xəbər verir ki, bu barədə "Haber 7" məlumat yayıb.

Bildirilib ki, hüquq-mühafizə orqanlarının keçirdiyi əlaqələndirilmiş əməliyyatlar nəticəsində 45 şübhəli saxlanılıb.

Araşdırma zamanı şübhəlilərin xarici ölkələrdə fəaliyyət göstərən qanunsuz mərc saytları vasitəsilə mərc oynamağa imkan yaratdıqları və pul köçürmələrinə vasitəçilik etdikləri müəyyənləşdirilib.

Şübhəlilərin bank hesabları üzrə ümumilikdə 43 986 əməliyyat aparıldığı və 400 milyon 333 min 693 lirə həcmində dövriyyənin olduğu müəyyən edilib.

Əməliyyat çərçivəsində ünvanlarda aparılan axtarışlar zamanı 2 uzun lüləli silah, 177 patron və çox sayda rəqəmsal material aşkarlanaraq götürülüb.

Hazırda polis idarəsində saxlanılan şəxslərlə bağlı istintaq-prosessual tədbirlər davam etdirilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости