Saç əkimində sirli ölüm:
İtaliyada saç ustası olaraq çalışan İbrahim Gül İstanbulda özəl xəstəxanaların birində saç əkimi əməliyyatı zamanı həyatını itirib.
 
Day.Az Medicina.az-a istinadən xəbər verir ki, xəstəxanadan həyat yoldaşına bildirilib ki, İbrahim Gül əməliyyatdan öncə infarkt keçirib.
 
 
"Yanlış müalicə etdilər"
 
Xəbəri alan ailəsi isə bununla razılaşmır: "İnfarkt keçirdiyinə inanmırıq. Tam olaraq nə olduğunu da bilmirik. Yanlış müalicədən belə olduğunu düşünürük".
 
"Vəfat etdiyini demədilər"
 
İbrahim Gülün dayısı Ahmet Yiğit isə bunları deyib:
 
"Xəstəxanaya saat 8-də gəlib. Saat 9-da isə əməliyyata alınıb. Əməliyyat zamanı vəfat etdi deyirlər, amma əməliyyatın nə qədər davam etdiyini, səbəbini, əvvəlcədən müayinələr edilib-edilmədiyini bilmirik. Bizə həmin an vəfat etdiyini demədilər. Buraya gəldiyimiz zaman öyrəndik. Xəstəxanadan xəstə reanimasiyadadır. Təcili gəlin dedilər. Halbuki xəstəmiz çoxdan vəfat etmişdi".
 
 
Əməliyyat edən həkim həbs olundu
 
Hərəkətə keçən polis saç əkimi edən həkim Mehmet Albayrakı nəzarətə aldı.
 
Həkim Albayrak ifadəsində, "Əməliyyatda sinə ağrısı şikayəti etdiyi zaman prosesi dayandırdıq. Müdaxilə edən həkimlərimiz infarktdan həyatını itirdiyini dedi".
 
İfadəsindən sonra həkim qəsdən adam öldürməkdə şübhəli bilinərək həbs edildi.
 
Xəstəxanadan heç bir açıqlama verilmir
 
Bütün bu iddialardan sonra isə xəstəxanadan bir açıqlama verilməyib: "Araşdırmalardan sonra dəqiq bir şey deyə bilərik. Hazırda hansısa bir açıqlama verə bilmərik".
 
 
"Kəfəni qan içərisində idi"
 
İbrahim Gülün müəllimi olan və cansız bədənini "morq"da ilk görən Dilek Özbek ""Morq"da gördüyüm mənzərəni unuda bilmirəm. Kəfəni qanlar içərisində idi. Kaş əməliyyat zamanı yanında ola biləydim. Bunun olacağını təxmin belə edə bilməzdik. Çünki sadə bir saç əkimi əməliyyatı idi", - deyə əlavə edib.