Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Rayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcək.

Day.Az Trend-ə istinadən bildirir ki, Füzuli Beynəlxalq Hava Limanında keçiriləcək açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Rayyib Ərdoğan da iştirak edəcək.

Xatırladaq ki, Füzuli Beynəlxalq Hava Limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı artıq istismara verilib. Sentyabrın 5-də Füzuli Beynəlxalq Hava Limanına ilk sınaq uçuşu həyata keçirilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı ilə Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi davam edir.