Azərimed Qapalı Səhmdar Cəmiyyəti müxtəlif sahələr üzrə vakansiyalar elan edir!

Azərimed Qapalı Səhmdar Cəmiyyəti 500-2000 AZN əməkhaqqı nəzərdə tutulan vakansiyalar edir. Fəhlə, Mühafizə, Sürücü, Operator, Çeşidləyici, Xadimə və s. kimi iş yerlərinə müraciət etmək və vakansiyalar haqqında əlavə məlumat əldə etmək üçün 4 oktyabr saat 12:00-dan 16:00-dək Bakı Dairəvi Yol, Meyvəli Bazarının Yanında yerləşən Mərkəzi Anbara yaxınlaşmaqları xahiş olunur.

AzəriMed QSC Azərbaycanın ən sürətlə inkişaf edən aparıcı tibbi tədarükçülərindən biridir. Biz xəstəxanalar, apteklər və distribyutorları yüksək keyfiyyətli əczaçılıq məhsulları, qida əlavələri, tibbi cihazlar, sərf materialları və s. ilə təmin edirik. Fəaliyyətimizin mərkəzində insan sağlamlığı dayandığı üçün, böyük məsuliyyət tələb edir və biz peşəkar kadrlarımızın köməyi ilə nəinki Bakıda, həm də Azərbaycanın müxtəlif regionlarında bunun öhdəsindən məharətlə gəlirik. AzəriMed QSC-nin sadə və aydın məqsədi var: insanlara daha yaxşı sağlamlıq yolunda kömək etmək.

Qlobal tərəfdaşlarımız və təcrübəli logistik komandamızın köməyi ilə müştərilərimizin ən yüksək keyfiyyət və sərfəli qiymətlərdən faydalanmasını təmin edirik.

Milli apteklər zənciri ilə qabaqcıl müştəri-yönümlü sağlamlıq şirkəti olmaq kimi ortaq bir hədəf ətrafında birləşmişik. Dəyişən istehlakçı ehtiyaclarına əsaslanaraq inkişaf edir və 300-ə yaxın saya malik Kanon, Zəfəran Günəbaxan Apteklərimiz və online sifariş platformamız olan Aptekonline sayəsində vətəndaşlarımıza olduqları hər yerdə xidmət göstəririk.

İnnovasiya və inkişaf, etibarlılıq, humanizm AzəriMed QSC-nin əsas dəyərləridir və məqsədimiz hər kəsin rahat şəkildə əldə edə biləcəyi yüksək keyfiyyətli yeni və çoxşaxəli tibbi məhsullar təklif etməkdir.