Yasamalda sakinlərlə tikinti şirkəti arasında qiymət mübahisəsi - VİDEO
Yaşayış binalarının yaxınlığında aparılan tikinti işləri sakinlər üçün problemə çevrilib.
Day.Az Xəzər TV-yə istinadən bildirir ki, Yasamal rayonu, 4-cü Nəriman Nərimanov küçəsi, döngə 26 ünvanında yaşayan sakinlər iddia edirlər ki, tikinti şirkətinin fəaliyyəti onların gündəlik həyatına mane olur. Onların sözlərinə görə, əraziyə giriş-çıxış yolları bağlanır, kanalizasiya xətlərinin üzəri betonlanır.
Elə bizdə üz tutduq həmin ünvana uzun axtarışdan sonra məhlləyə giriş yolunu tapdıq. Ünvanda yaşayan Xəzər Quliyeva və ailəsi son 2 ildə Alyans Development şirkətinin apardığı tikinti işlərinin onlara problem yaratdığını bildirirlər.
Ev sahibləri iddia edirlər ki, tikinti şirkətinin fəaliyyəti nəticəsində həm yollar, həm də kanalizasiya sistemi yararsız vəziyyətə düşüb.
Mülkiyyətçilər bildirirlər ki, evlərin bütün sənədləri qaydasındadır. Onların sözlərinə görə, şirkət isə evlərin real dəyərindən dəfələrlə aşağı məbləğ təklif edir.
Daha ətraflı videomaterialı təqdim edirik.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре