https://news.day.az/azerinews/1864018.html Bu şadlıq sarayında istehlaka yararsız ətlər tapıldı Bakı şəhəri, Nizami rayonu, B. Çobanzadə küçəsi, ev 338A ünvanında fəaliyyət göstərən fiziki şəxs Mirzəyev Eltun Ceyhun oğluna məxsus "Qızıl Saray" şadlıq sarayında plandankənar yoxlama keçirilib. Bu barədə Day.Az-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bu şadlıq sarayında istehlaka yararsız ətlər tapıldı

Azərbaycanca, 1 октября 2026 17:43 (UTC +04:00) 268
Bu şadlıq sarayında istehlaka yararsız ətlər tapıldı

Bakı şəhəri, Nizami rayonu, B. Çobanzadə küçəsi, ev 338A ünvanında fəaliyyət göstərən fiziki şəxs Mirzəyev Eltun Ceyhun oğluna məxsus "Qızıl Saray" şadlıq sarayında plandankənar yoxlama keçirilib.

Bu barədə Day.Az-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu müəyyən edilib.

Belə ki, müəssisədə istifadə olunan ətlərin müşayiətedici sənədlərinin olmadığı və istehlaka yararsız vəziyyətdə olduğu aşkarlanıb. Həmçinin digər nöqsanlar müəyyən olunub.

Aşkarlanmış nöqsanlarla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. İstehlaka təqdim olunan ətlərdən nümunələr götürülərək müayinələrin aparılması məqsədilə laboratoriyaya təqdim olunub. Həmin məhsulların dövriyyəsi qadağan edilib, nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости