https://news.day.az/azerinews/1864021.html 6667 hektar ərazi minalardan təmizləndi Azad olunan ərazilərdə sentyabr ayında 151 tank əleyhinə mina, 757 piyada əleyhinə mina, 4525 digər partlayıcı hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

6667 hektar ərazi minalardan təmizləndi

Azərbaycanca, 1 октября 2026 17:46 (UTC +04:00) 257
6667 hektar ərazi minalardan təmizləndi

Azad olunan ərazilərdə sentyabr ayında 151 tank əleyhinə mina, 757 piyada əleyhinə mina, 4525 digər partlayıcı hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumatında deyilir.

Məlumata əsasən, 6 667,1 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN), beş yerli təşkilat və bir QHT Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости