https://news.day.az/azerinews/1863769.html Türkiyənin “Karel” şirkəti Azərbaycan Hərbi Hava Qüvvələrinin platforma modernləşdirilməsi layihəsində də yer almağı hədəfləyir Yaxın gələcəkdə Azərbaycan Hərbi Hava Qüvvələrinin platforma modernləşdirilməsi layihəsində də yer almağı hədəfləyirik. Bu barədə ADEX-2026 sərgisi çərçivəsində Trend-ə açıqlamasında Türkiyənin texnologiya və mühəndislik üzrə "Karel" şirkətinin biznesin inkişafı üzrə qrup müdiri Barış Bilir deyib.

Türkiyənin “Karel” şirkəti Azərbaycan Hərbi Hava Qüvvələrinin platforma modernləşdirilməsi layihəsində də yer almağı hədəfləyir

Azərbaycanca, 30 сентября 2026 18:14 (UTC +04:00) 289
Türkiyənin “Karel” şirkəti Azərbaycan Hərbi Hava Qüvvələrinin platforma modernləşdirilməsi layihəsində də yer almağı hədəfləyir

Yaxın gələcəkdə Azərbaycan Hərbi Hava Qüvvələrinin platforma modernləşdirilməsi layihəsində də yer almağı hədəfləyirik.

Bu barədə ADEX-2026 sərgisi çərçivəsində Trend-ə açıqlamasında Türkiyənin texnologiya və mühəndislik üzrə "Karel" şirkətinin biznesin inkişafı üzrə qrup müdiri Barış Bilir deyib.

O qeyd edib ki, şirkətin avionika sistemləri də var.

 

"Ehtiyat uçuş göstəricimiz (Backup Flight Display) mövcuddur. Türkiyədə "Hürkuş" platforması üzərində istifadə olunur. Onun Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən də istifadə olunmasını hədəfləyirik.

Şirkət həmçinin avionika sistemləri ilə Azərbaycan Hərbi Hava Qüvvələrinin SU-25 təyyarələrinin modernləşdirilməsinə töhfə verməyi hədəfləyir",- deyə o bildirib.

B.Bilir əlavə edib ki, "Karel" üçün Azərbaycan təkcə yeni biznes imkanlarının araşdırıldığı bazar deyil, həm də inkişaf etdirdiyi müdafiə rabitə həllərinin artıq sahədə istifadə olunduğu ölkədir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости