https://news.day.az/azerinews/1863747.html Bu yolda quyu açıq qalıb - VİDEO Nəsimi rayonunun Seyid Cəfər Pişvəri küçəsində, 503 və 508 saylı avtobusların son dayanacağının yaxınlığında yağış sularının axıdılması üçün nəzərdə tutulan quyunun dəmir barmaqlığı yay aylarından yoxdur.

Bu yolda quyu açıq qalıb - VİDEO

Azərbaycanca, 30 сентября 2026 17:27 (UTC +04:00) 247
Bu yolda quyu açıq qalıb

Nəsimi rayonunun Seyid Cəfər Pişvəri küçəsində, 503 və 508 saylı avtobusların son dayanacağının yaxınlığında yağış sularının axıdılması üçün nəzərdə tutulan quyunun dəmir barmaqlığı yay aylarından yoxdur.

Day.Az-ın məlumatına görə, sürücülər bildirirlər ki, xüsusən gecə saatlarında açıq quyu nəqliyyat vasitələri üçün ciddi təhlükə yaradır.

Sakinlərin sözlərinə görə, avtomobillərin təkərləri dəfələrlə quyuya düşüb. Eyni ərazidə piyada yolunun üzərində də üstü açıq quyu var. Bu isə ərazini tanımayan və ya diqqətsiz piyadalar üçün təhlükə yaradır.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinə müraciət olunub. Qurumdan bildirilib ki, əraziyə baxış keçiriləcək və problemin qısa müddətdə aradan qaldırılması üçün tədbirlər görüləcək.

Ətraflı "Xəzər TV"-nin videomaterialında:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости