Metro qatarlarında sərnişinin halı pisləşsə ilk tibbi yardım necə göstərilir? - VİDEO
Gün ərzində yüz minlərlə insanın istifadə etdiyi Bakı Metropolitenində sərnişinin səhhətinin qəfil pisləşməsi, huşunu itirməsi və ya xəsarət alması mümkündür. Lakin qatarların vaqonlarında ilkin tibbi yardım çantalarının gözə dəyməməsi sual yaradır: belə hallarda sərnişinə ilk yardım necə göstərilir?
Day.Az-ın məlumatına görə, Bakı Metropolitenindən bildirilib ki, vaqonlarda tibbi yardım çantalarının və digər tibbi vasitələrin olması normativlərə uyğun olaraq tövsiyə edilmir. Stansiyalar arasındakı məsafənin qısa olması və maşinist rabitəsi vasitəsilə məlumatın operativ ötürülməsi sayəsində zəruri tədbirlər görülür.
Sərnişinin vəziyyəti qəfil pisləşdikdə stansiya rəhbərliyi 103 təcili tibbi yardım xidmətinə məlumat verir. Briqada gələnədək sərnişinə ilkin dəstək göstərilir. Təcili tibbi yardım xidmətindən bildirilib ki, metrostansiyalardan daxil olan çağırışlara ictimai məkan olduğu üçün üstünlük verilir və briqadaların hadisə yerinə çatması orta hesabla 5-7 dəqiqə, bəzi hallarda isə daha tez olur.
Ətraflı "ATV"-nin videomaterialında:
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре