Yatan qadının başına meteorit töküldü

Kanadanın Britaniya Kolumbiyası əyalətində yaşayan yaşlı qadın gecənin bir aləmi səs-küyə oyanır. 

Day.Az Lent.az-a istinadən xəbər verir ki, qadın evə oğru girdiyni zənn edir. Lakin işığı yandıranda təccüblənir. Yatağı xırda daşlarla dolu idi. Bir yekə daş parçası isə balışın yanında durmuşdu.

Qadın səhər əhvalatı qonşudakı professora danışır və alim gəlib qadının yatağına baxdıqda hər şey məlum olur: qadının yatağına meteorit düşüb. Sürət o qədər böyük olub ki, meteor evin damını deşib keçərkən parçalanıb. Böyük parça isə qadının başından cəmi 5 sm aralı düşüb. 

Bundan sonra möcüzəyə inanan qadın meteoriti xatirə kimi saxlayır. Halbuki, sataraq sanballı pul da əldə edə bilər.