Kimlərin təqaüdü 55 manat artacaq?

Bu ilin yanvar ayından pensiyalar artırılacaq.
 
Day.Az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov APA TV-yə açıqlamasında deyib. O bildirib ki, orta aylıq əmək haqqındakı artım faizi növbəti yanvar ayında pensiyaların indeksasiyası zamanı istifadə edilən göstəricidir. Yəni bu il ərzində orta maaş nə qədər artacaqsa, pensiyalarda artım da o qədər olacaq.
 
Deputat bildirib ki, pensiyaları indeksasiya olunmayan təxminən 90 min vətəndaşımızın da pensiyası yeni qaydalara əsasən bu ildən etibarən indeksasiya olunaraq artırılır. Pensiya məbləği hansı məbləğdədirsə, o məbləğə uyğun olaraq artım həyata keçir.
 
 Qeyd edək ki, indeksasiya, artımla bağlı qərar adətən yanvar ayının sonunda verildiyi üçün, yanvar ayının artımı vətəndaşa fevralda fevral ayının artımı ilə birlikdə ödəniləcək.