Hazır və dondurulmuş qidaların qiyməti niyə münasibdir?

Dondurulmuş düşbərələr, xəngəllər, müxtəlif ət və tərəvəz yeməkləri, hətta meyvələr...

Day.Az xəbər verir ki, son vaxtlar daha çox populyarlıq qazanan bu qidalara təlabat artıb.

Satıcıların sözlərinə görə, əvvəllər çoxda məhşur olmayan dondurulmş hazır yeməklər indi ən çox satılanlardır.

Hər mövsümün isə öz təlabatı olan hazır qidalar var. Qışda xəmir xörəkləri və tərəvəzlər, yayda isə meyvə və hazır ətlər...

Xəmir xörəklərinin isə qiyməti məhsulun növünə görə dəyişir.

Bütün bunlarla bərabər son zamanlar hazır ət hissələridə var ki, onlar da təlabatı artan məhsullardır.

Satıcılar bildirir ki, məhsulların münasib qiymətə təklif olunmasının səbəbi xaricdən ucuz qiymətə gətirilmələridir. Buna görə yerli məhsulla nisbətdə daha münasib qiymətə təklif olunur.

Qida ekspertləri isə bildirir ki, belə məhsulları alarkən mütləq uyğunluq, keyfiyyət sertifakatları tələb edilməlidir. Məhsulun standartlara uyğun olduğuna əmin olduqdan sonra onu istifadə etmək lazımdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.