Serbiya aviaşirkəti Bakıya uçuşlara başlaya bilər

Bu ilin sonunadək "Air Serbia" Belqraddan Bakıya birbaşa sınaq uçuşlarına başlaya bilər.

Trend xəbər verir ki, bu barədə Serbiyanın mədəniyyət naziri, Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Nikola Selakoviç Bakıda keçirilən Azərbaycan və Serbiya arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclasında çıxışında deyib.

"Serbiya Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrdən biridir. Lakin iki ölkə arasında birbaşa aviareys yoxdur.

Bu ilin sonuna qədər bu marşrutun fəaliyyətinin mümkün inkişafını yoxlamaq üçün sınaq uçuşları keçirmək barədə düşünürük", - deyə o vurğulayıb.