Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin nizamnamə fondu təsdiqləndi

Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi" publik hüquqi şəxsin Nizamnaməsi"təsdiq edilib.

Day.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi publik hüquqi şəxsin nizamnamə fondu 100 000 (bir yüz min) manat təşkil edir və Mərkəzin əsas vəsaiti hesabına formalaşır.