Azərbaycan torpaqlarını işğaldan azad edərək dünyaya öz gücünü göstərdi

Azərbaycan torpaqlarını işğaldan azad edərək dünyaya öz gücünü göstərdi.

Day.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Gürcüstandan Şuşaya səfər edən azərbaycanlı Sona Mamedova deyib.

"Bu gün biz Gürcüstandan doğma Şuşa şəhərinə gəldik. Sevincimi, qürurumuzu sözlə ifadə etmək çətindir.

Prezident, Ali Baş Komandan İlham Əliyevin səyləri nəticəsində doğma torpaqlarımızı işğaldan azad etdik. Bu yolda şəhid olanlara Allahdan rəhmət diləyirəm. Azərbaycan torpaqlarını işğaldan azad edərək dünyaya öz gücünü göstərdi", - deyə o əlavə edib.

Qeyd edək ki, Gürcüstandan olan bir qrup azərbaycanlının işğaldan azad edilmiş ərazilərə səfəri başlayıb.

Səfərin iştirakçıları ilk olaraq Şuşa şəhərinə gəliblər. Qonaqlar şəhərin tarixi məkanlarını ziyarət edəcəklər. Onlara Şuşa haqqında geniş məlumat veriləcək.