KOB-ların məhsul və xidmətləri “Rebuild Karabakh” sərgisində

Bakı Ekspo Mərkəzində Xəzər İnşaat Həftəsi çərçivəsində 4-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" Sərgisi ("Rebuild Karabakh") keçirilir.

Sərgidə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin məhsul və xidmətlərinin tanıdılmasına, satış imkanlarını genişləndirilməsinə və yeni biznes əlaqələri qurmasına dəstək məqsədilə bu dəfə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə KOB-lar üçün ayrıca stend qurulub. Stenddə 9 KOB subyektinin sənaye məhsulları, inşaat, tikinti materialları, istehsalat avadanlıqları, işçi geyimləri və müxtəlif xidmətlər təqdim edilir.

Həmçinin, KOBİA-nın stendində Qarabağda biznes və investisiya imkanları, bölgənin potensialı, işğaldan azad edilmiş ərazilərdə yaradılan sənaye parkları, sahibkarlar üçün nəzərdə tutulan güzəştlər barədə məlumat verilir.

Qeyd edək ki, "Rebuild Karabakh" Sərgisi oktyabrın 17-də başa çatacaq.