Lavrov və Fidan görüşüblər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidan Laosun paytaxtı Vyentyanda rusiyalı görüşüb.

Day.Az bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.

Qeyd edilib ki, rəsmi foto çəkdirildikdən sonra görüş jurnalistlərin iştirakı olmadan davam etdirilib.

Görüş Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) Xarici İşlər Nazirləri Şurası çərçivəsində baş tutub.