https://news.day.az/azerinews/1677617.html
Şamaxıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs tutuldu
Şamaxıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs tutulub.Day.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.Qeyd edilib ki, ondan marixuana və rayonun Çağan kəndində çay kənarında aqrotexniki qulluq edərək yetişdirdiyi 28 ədəd çətənə kolu aşkarlanıb.
Şamaxıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs tutuldu
Şamaxıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs tutulub.
Day.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan, əvvəllər də məhkum olunmuş Şahin Allahverdiyev saxlanılıb.
Qeyd edilib ki, ondan marixuana və rayonun Çağan kəndində çay kənarında aqrotexniki qulluq edərək yetişdirdiyi 28 ədəd çətənə kolu aşkarlanıb.
Məhkəmənin qərarı ilə Ş.Allahverdiyev barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре