Dünya çempionatı mükafatçısı Ziko Parisdə qarət olunub

Dünya çempionatı mükafatçısı Zikonun (əsl adı Artur Antunes Koimbra) Parisdə 497 min avroluq zinət əşyaları oğurlanıb.

Day.Az xəbər verir ki, bu barədə Fransa KİV yazıb.

Qeyd edək ki, "Ağ Pele" də adlandırılan Ziko Braziliyanın Olimpiya nümayəndə heyətinin tərkibində Parisə gedib.

71 yaşlı Ziko taksidən düşərkən soyğunçular onun diqqətini yayındıraraq zinət əşyaları və "Rolex" markalı saatı olan portfelini oğurlayıblar. Hadisə ilə bağlı istintaq başladılıb.

Əlavə edək ki, o, 1978-ci il dünya çempionatının bürünc mükafatçısıdır. Ziko Braziliyanın "Flamenqo", İtaliyanın "Udineze" və Yaponiyanın "Sumitoo Metals" və "Kasimu Antlers" komandalarının heyətində çıxış edib. Yarımmüdafiəçi Braziliya millinin heyətində 71 oyun keçirib və 48 qol vurub.