İşlədiyi evdən qızıl oğurlayan qadın saxlanıldı

Ağcabədi Rayon Polis Şöbəsinə evlərdən birindən oğurluq edilməsi barədə məlumat daxil olub. 

Day.Az Yenisabah.az-ə istinadən xəbər verir ki, keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən həmin evdə işləyən rayon sakini T.Hüseynova saxlanılıb. Onun evdən 4000 manat dəyərində qızıl-zinət əşyalarını oğurladığı müəyyən olunub. T.Hüseynova qızılları dəyərindən ucuz qiymətə satdığını bildirib. 

Faktla bağlı araşdırmalar davam etdirilir.