Prezident İlham Əliyev bir sıra məhkəmələrə sədrlər və müavinlər təyin etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev apellyasiya instansiyası məhkəmələri sədrlərinin müavinlərinin, məhkəmə kollegiyaları sədrlərinin, birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında sərəncam imzalayıb.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasənn, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, apellyasiya instansiyası məhkəmələri üzrə Rafiq Musa oğlu Cəfərov Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri vəzifəsindən azad edilərək həmin məhkəmənin sədrinin müavini təyin edilib;
Zaur İkram oğlu Məmmədov Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri vəzifəsindən azad edilərək həmin məhkəmənin sədrinin müavini təyin edilib;
İlqar Məhərrəm oğlu Mirzəyev Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri təyin edilib;
Günay İsmayıl qızı Cavadova Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin edilib;
Samir Firdusi oğlu Həsənov Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri təyin edilib;
Rayon (şəhər) məhkəmələri üzrə Bəxtiyar Şahfirudin oğlu Məmmədov Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Astara Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib;
Zamiq Akif oğlu Rəsulov Ağstafa Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Gədəbəy Rayon Məhkəməsinin hakimi və sədri təyin ediib;
İlqar Yadulla oğlu Əliyev Xocavənd Rayon Məhkəməsinin sədri təyin edilib;
Mirheydər Seyidəmir oğlu Zeynalov Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Qax Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib;
Samir İlham oğlu Mayılov Qobustan Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib;
Rövşən Elbrus oğlu Xəlilov Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Lerik Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib;
Azər İbrahim oğlu İsmayılov Sabirabad Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре