Ceyhun Bayramov Türkiyəyə yola düşüb

17 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına yola düşüb.

Xarici İşlər Nazirliyindən Day.Az-a verilən məlumata görə, səfər çərçivəsində nazir Ceyhun Bayramov 18 oktyabr tarixində İstanbul şəhərində keçiriləcək "3+3" formatında görüşdə iştirakı və çıxışı nəzərdə tutulub.

Səfər çərçivəsində həmçinin ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.