"Komendant pulu" mənzilin sahəsinə görə alınmalıdır? - VİDEO
Paytaxt sakinləri bəzi Mənzil-Tikinti Kooperativlərindən (MTK) narazıdırlar.
Belə ki, onlar MTK-ların "komendant pulu" adı altında topladıqları vəsaitdən şikayət edirlər.
Day.Az xəbər verir ki, bu ödəniş mənzilin sahəsinə (kvadratmetrinə) əsasən hesablanır. Qiymətlər 20 qəpikdən başlayır və bəzi binalarda 2 manata qədər yüksəlir.
Mütəxəssislər hesab edirlər ki, çoxmənzilli binalarda ödənişlərin mənzilin sahəsinə görə təyin edilməsi məntiqli deyil.
Bakıda mənzillərin qiyməti dəyişəcək - İpoteka artırıldı - ƏTRAFLI BURADA
Qanunvericiliyə əsasən, bina istismara verilərsə və sakinlərin yarısından çoxu mənzilləri üzərində mülkiyyət hüququ əldə edərsə, həmin binanın MTK tərəfindən idarə edilməsi ləğv edilməlidir.
Ətraflı "İTV Xəbər"in süjetində:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре