Ankarada terror hücumu - 4 ölü, 14 yaralı

Türkiyədə TUSAŞ (Türk Təyyarə Sənayesi Anonim Ortaqlığı) obyektlərinə terror hücumu zamanı 4 nəfər ölüb, 14 nəfər yaralanıb.

Day.Az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya məlumat yayıb.

"Bir qadın və bir kişi olmaqla, iki terrorçu zərərsizləşdirilib. Təəssüf ki, 4 şəhidimiz, 14 yaralımız var. Yaralılarımızdan 3-nün vəziyyəti ağırdır. Şəhidlərimiz rəhmət diləyirəm. Yaralılarımızın tezliklə sağalmasını arzu edirəm", - nazir qeyd edib.

--------
19:06

Türkiyədə TUSAŞ (Türk Təyyarə Sənayesi Anonim Ortaqlığı) obyektlərinə terror hücumu zamanı 3 nəfər ölüb, 14 nəfər yaralanıb.

Day.Az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya məlumat yayıb.

---------
18:30

Türkiyədə TUSAŞ (Türk Təyyarə Sənayesi Anonim Ortaqlığı) obyektlərinə terror hücumu təşkil edən üç nəfərdən ikisi zərərsizləşdirilib.

Day.Az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Ölkənin Səhiyyə Nazirliyi yaralıların Yenimahalle Təhsil və Araşdırma Xəstəxanasına, Bilkənd və Etlik şəhər xəstəxanalarına yerləşdirildiyini açıqlayıb.

---------
17:38

Türkiyədə TUSAŞ (Türk Təyyarə Sənayesi Anonim Ortaqlığı) obyektlərinə terror hücumu olub.

Day.Az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya məlumat verib.

"Türk Aviasiya və Kosmos Sənayesi A.Ş.-nin (TUSAŞ) Ankara Kahramankazan obyektlərinə qarşı terror hücumu həyata keçirilib. Hücum nəticəsində, təəssüf ki, şəhidlərimiz və yaralılarımız var," - nazir qeyd edib.

Hadisə yerinə çox sayda xüsusi təyinatlı polis və tibbi yardım heyəti cəlb edilib. İlk partlayışdan sonra silah səsləri eşidilib.

Məlumata görə, təhlükəsizlik qüvvələri ilə terrorçular arasında atışmalar davam edir və girovların olduğu bildirilir.

Təhlükəsizlik səbəbindən işçi heyətin sığınacaqlara yönləndirildiyi qeyd olunub.