Bakıda yeni asfaltlanan yol çökdü

Bakının Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yol çöküb.

Day.Az xəbər verir ki, sakinlər yolun yeni asfaltlandığını bildiriblər. 

Onlar qeyd edib ki, son günlərdə yağan aramsız yağışlar asfaltı bu hala salsa da, çökməyə səbəb təkcə yağıntı deyil: "Gəldilər, asfalt vurdular, amma asfalt vuranda altına gil verməzlər. Burada görünən işlər göz qabağındadır. Gilin üzərinə asfalt vurandan sonra, əlbəttə çökəcək".

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, sözügedən ərazidəki problemə səbəb bir müddət əvvəl kommunikasiya xətlərinin çəkilişi üçün aidiyyəti təşkilatların həyata keçirdikləri qazıntıdır.

Ətraflı Xəzər Tv-nin sujetində: