Dongfeng Mage HEV və Mage EV Auto Mall-da Təqdim Olundu!

Azərbaycanda bir ilk olan konseptual Bakı Auto Mall-da keçirilən möhtəşəm tədbirdə Dongfeng brendinin yeni modeli - Mage təqdim edildi! Mage modeli hibrid və elektrik mühərrik ilə iki komlektasiyada təqdim olundu. Yüksək performansı və qabaqcıl texnologiyaları ilə Mage modeli, avtomobil həvəskarlarının diqqətini çəkərək tədbirin əsas diqqət mərkəzinə çevrildi.

Qeyd edək ki, DongFeng Mage modeli yaxın zamanda "Çinin Ürəyi" fəxri mükafatının ən yaxşı 10 mühərriki siyahısına düşmüşdür!

Təqdimat gecəsində bir çox tanınmış simalar olmaqla yanaşı, təqdimat gecəsində "Paster" ləqəbi ilə məhşurlaşan Azərbaycan repçisi Pərviz Quluzadəyə Dongfeng Mage hibrid modeli hədiyyə olundu! 

DongFeng Mage modeli 292 at gücü və sadəcə 100 km/s -  6 saniyəyə sürətlənməsi ilə diqqət çəkir. 1.5 turbo mühərriki sayəsində həm şəhər daxilində, həm də uzun məsafələrdə bu model sizə mükəmməl performans təqdim edir. Hibrid avtomobilin 100 km - 5 lt yanacaq sərfiyyatı və Aİ-92 və daha yuxarı oktanlı yanacaqları dəstəkləməsi isə əsl büdcə dostu edir.

Dongfeng Mage HEV (HİBRİD) modelin qiyməti - 38 900 azn 

Dongfeng Mage EV (Elektrik) modelin qiyməti - 35 900 azn təşkil edir. 

Ayrıca olaraq qeyd edək ki, avtomobillərə 5 il və ya 150 000 km rəsmi servis zəmanəti verilir.

Əlavə olaraq, test-drive imkanından yararlanmaq və onun üstünlüklərini şəxsən təcrübə etmək üçün Nəcəfqulu Rəfiyev 29 küçəsində yerləşən satış mərkəzinə yaxınlaşa bilərsiniz. Məlumat üçün *8999 nömrəsi ilə əlaqə saxlamağınız kifayətdir. 

#Dongfeng #Mage #hibrid #elektrik #AutoMall #YeniNəsilKrossover