Bakıda kran hansı səbəbdən obyektin üzərinə aşıb?

Bu gün Bakıda kran obyektin üzərinə aşıb.

Day.Az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda baş verib.

Kranı idarə edən şəxs bildirib ki, qəfildən texnikada nasazlıq yaranıb və nəticədə kran aşıb.

Bakı Abadlıq Xidmətidən "Xəzər Xəbər"ə bildirildi ki, dəymiş ziyan podratçı şirkət tərəfindən qarşılanacaq.

Hadisə yerində avtomobil sıxılığının aradan qaldırılması məqsədilə polis əməkdaşları da tənzimləmə işləri aparıblar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.