"Qarabağ" təhlükəli komandadır"

"Qarabağ" təhlükəli komandadır".

İdman.biz xəbər verir ki, bunu "Lion"un futbolçusu Jordan Veretu UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda Bakıda "Qarabağ"la oyundan əvvəl keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, qələbə üçün komandası meydanda əlindən gələni edəcək: "Azərbaycan çempionunun heyətində təhlükəli hücum qurmağı bacaran futbolçular var. "Lion" da bu oyunda əlindən gələni edəcək. "Qarabağ"la bağlı digər önəmli məqam isə hazırda bu komandada çıxış edən Benzianı əvvəl "Lion"da oynamasıdır. Özümə gəldikdə, deyə bilərəm ki, müxtəlif mövqelərdə mübarizə apara bilərəm. Bu oyunda da məşqçinin tapşırığına uyğun oynamağa çalışacağam".

Qeyd edək ki, noyabrın 28-də keçiriləcək "Qarabağ" - "Lion" görüşü saat 21:45-də başlayacaq.