https://news.day.az/azerinews/1711039.html Metronun bu stansiyasında sərnişinlər qatardan düşürüldü - SƏBƏB Bakı metrosunun "Nəriman Nərimanov" stansiyasında sərnişinlər qatardan düşürdülüb. Trend xəbər verir ki, bubarədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.

Metronun bu stansiyasında sərnişinlər qatardan düşürüldü - SƏBƏB

Azərbaycanca, 27 ноября 2024 18:07 (UTC +04:00) 793
Metronun bu stansiyasında sərnişinlər qatardan düşürüldü

Bakı metrosunun "Nəriman Nərimanov" stansiyasında sərnişinlər qatardan düşürdülüb.

Trend xəbər verir ki, bubarədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.

 

O qeyd edib ki, "Gənclik" stansiyasında qatar stansiyanı tərk edərkən sərnişinlərdən birinin yanıq qoxusunun gəldiyini bildirməsi olub.

"Metronun "Gənclik" stansiyasında qatar stansiyanı tərk edərkən sərnişinlərdən biri maşinist rabitəsindən istifadə edərək məlumat verib ki, yanıq qoxusu gəlir. Bu səbəbdən metronun "Nəriman Nərimanov" stansiyasında qatara baxış keçirilib. Baxış zamanı hər hansı bir problem aşkar edilməyib. Eyni zamanda, qatarda olan sistemlər hər hansı bir problem göstərməyib. Bununla belə, ehtiyat və sərnişinin məlumatını yoxlamaq üçün qatara əlavə baxış keçirilib. Hər hansı bir problem müəyyən olunmayıb", qurum rəsmisi əlavə edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости