https://news.day.az/azerinews/1871618.html Uşaqlar arasında virus yayılıb - Bu əlamətlərə DİQQƏT EDİN - VİDEO Mövsüm dəyişikliyi ilə əlaqədar uşaqlar arasında virus infeksiyalarının yayılması müşahidə olunur. Son günlər xüsusilə öskürək, boğaz ağrısı, qızdırma, qusma və ishal kimi əlamətlərlə müşayiət olunan xəstəliklərə rast gəlinir. Valideynlər uşaqlarının səhhətində yaranan problemlərlə bağlı həkimə müraciət etdiklərini bildirirlər.

Uşaqlar arasında virus yayılıb - Bu əlamətlərə DİQQƏT EDİN - VİDEO

Azərbaycanca, 3 ноября 2026 10:43 (UTC +04:00) 404
Uşaqlar arasında virus yayılıb

Mövsüm dəyişikliyi ilə əlaqədar uşaqlar arasında virus infeksiyalarının yayılması müşahidə olunur. Son günlər xüsusilə öskürək, boğaz ağrısı, qızdırma, qusma və ishal kimi əlamətlərlə müşayiət olunan xəstəliklərə rast gəlinir. Valideynlər uşaqlarının səhhətində yaranan problemlərlə bağlı həkimə müraciət etdiklərini bildirirlər.

Day.Az xəbər verir ki, pediatr Aytən İsmayılzadənin sözlərinə görə, bu mövsümdə uşaqlar arasında tənəffüs yolları infeksiyaları, göyöskürək, parotit və suçiçəyi kimi xəstəliklərə daha çox rast gəlinir.

Bu infeksiyalar baş ağrısı, halsızlıq, yüksək hərarət, qusma, ishal, boğaz ağrısı və səpkilərlə müşayiət oluna bilər. Həkim bildirir ki, bəzi xəstəliklər atipik əlamətlərlə də özünü göstərə bilər. Buna görə də vaxtında düzgün diaqnoz və müalicə vacibdir.

Mütəxəssislər valideynlərə xəbərdarlıq edirlər ki, uşaqlarda öskürək başlayan kimi özbaşına antibiotik və digər dərmanlar verilməməlidir. Antibiotiklər yalnız müvafiq müayinələrdən sonra həkim təyinatı ilə istifadə olunmalıdır. Əks halda, onların yersiz qəbulu müxtəlif fəsadlara səbəb ola bilər.

Ətraflı "ATV"-nin videomaterialında:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости