Dərman almaq xərci azalacaq? İcbari tibbi sığortada YENİLİK - VİDEO
İcbari tibbi sığortanın əhatə etdiyi xidmətlərin çeşidi genişləndirilir. 2027-ci ildən arterial hipertenziyanın müalicəsində istifadə olunan bəzi dərmanların resept əsasında sığorta təminatına daxil edilməsi planlaşdırılır. Bununla yanaşı, həzm və tənəffüs sistemi xəstəliklərinin müalicəsində istifadə olunan ambulator dərmanların da mərhələli şəkildə paketə əlavə edilməsi nəzərdə tutulur. Hazırda xidmətlər zərfinə 3318 tibbi xidmət daxildir.
Day.Az-ın məlumatına görə, tibb elmləri doktoru Adil Qeybulla hesab edir ki, dərman təminatı yalnız stasionar müalicə ilə məhdudlaşmamalı, xəstələrin ev şəraitində müalicələrini davam etdirməsi üçün zəruri preparatları da əhatə etməlidir.
Onun fikrincə, xüsusilə xroniki xəstəliklərin müalicəsində istifadə olunan dərmanların sığorta paketinə daxil edilməsi vacibdir.
Ekspert bildirir ki, arterial hipertenziya ilə yanaşı, autoimmun, qaraciyər, mədə-bağırsaq və digər xroniki xəstəliklərin müalicəsində istifadə olunan preparatlar da gələcəkdə paketə əlavə edilməlidir. Bununla belə, dərman təminatının genişləndirilməsi mərhələli şəkildə həyata keçirilməlidir.
Ətraflı "Xəzər TV"-nin videomaterialında:
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре