Kart limiti gözlənilən nəticəni vermədi? Vətəndaşlar çıxış yolunu əlavə kartlarda tapdı - VİDEO
Bank kartlarına tətbiq edilən gündəlik əməliyyat limitləri kiçik və orta sahibkarların fəaliyyətində çətinliklər yaradıb. Sahibkarlar bildirirlər ki, gün ərzində beş dəfə mədaxil və beş dəfə məxaric əməliyyatı limitinin olması müştərilərə xidmət göstərməyə mane olur. Nəticədə nağdsız ödəniş edə bilməyən alıcılar başqa satış nöqtələrinə üz tutur, sahibkarlar isə müştəri və gəlir itirirlər.
Day.Az-ın məlumatına görə, iqtisadçılar hesab edirlər ki, məhdudiyyətlər gözlənilən nəticənin əksinə olaraq, insanların daha çox bank kartı əldə etməsinə səbəb olub.
Belə ki, limitin şəxsə deyil, karta tətbiq edilməsi vətəndaşları müxtəlif banklardan əlavə kartlar almağa vadar edib. İqtisadçı Natiq Cəfərli isə əməliyyatların sayına deyil, köçürülən məbləğə limit qoyulmasını daha məqsədəuyğun hesab edir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Nazər Badamov isə məhdudiyyətlərin şəffaflığın artırılmasına xidmət etdiyini bildirir. Onun sözlərinə görə, kartdan-karta köçürmələr vasitəsilə göstərilən bəzi xidmətlər vergidən yayınma hallarına şərait yaradır. Deputat həm sahibkarları fəaliyyətlərini qanun çərçivəsində qurmağa, həm də vətəndaşları qanunsuz fəaliyyət göstərən şəxslərin xidmətlərindən istifadə etməməyə çağırır.
Ətraflı "İctimai TV"-nin videomaterialında:
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре