https://news.day.az/azerinews/1871152.html Azərbaycanın neft qiymətlərinin həftəlik icmalı Ötən həftə (26-30 oktyabr tarixlərində) "Azeri Light" (CIF), "Azeri Light" (FOB Ceyhan) və "Urals" markalı xam neftin orta qiymətləri artıb, "Dated Brent" markalı neftin orta qiyməti isə azalıb.

Azərbaycanın neft qiymətlərinin həftəlik icmalı

Azərbaycanca, 31 октября 2026 14:43 (UTC +04:00) 345
Azərbaycanın neft qiymətlərinin həftəlik icmalı

Ötən həftə (26-30 oktyabr tarixlərində) "Azeri Light" (CIF), "Azeri Light" (FOB Ceyhan) və "Urals" markalı xam neftin orta qiymətləri artıb, "Dated Brent" markalı neftin orta qiyməti isə azalıb.

Trend-in neft bazarının iştirakçılarının məlumatları əsasında apardığı hesablamalara görə, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil olunan "Azeri Light" markalı xam neftin (CIF) orta qiyməti əvvəlki həftə ilə müqayisədə 3,5 dollar və ya 2,9 faiz artaraq bir barel üçün 124,79 dollar təşkil edib.

Məlumata görə, həftə ərzində bu markalı xam neftin bir barelinin ən yüksək qiyməti 127,60 dollar, minimal qiyməti isə 122,28 dollar olub.

Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə "Azeri Light" markalı neftin orta qiyməti əvvəlki həftənin göstəricisi ilə müqayisədə 4,05 dollar və ya 3,7 faiz artaraq bir barel üçün 114,5 dollar təşkil edib. Həftə ərzində maksimal qiymət 116,48 dollar, minimal qiymət isə 112,12 dollar olub.

"Urals" markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 2,26 dollar və ya 2,5 faiz artaraq bir barel üçün 91,71 dollar təşkil edib. Həftə ərzində bu markalı neftin bir barelinin maksimal qiyməti 95,83 dollar, minimal qiyməti isə 88,35 dollar olub.

"Dated Brent" markalı neftin orta qiyməti isə əvvəlki həftə ilə müqayisədə 0,59 dollar və ya 0,5 faiz azalaraq bir barel üçün 120,34 dollar təşkil edib. Həftə ərzində bir barelin maksimal qiyməti 127,97 dollar, minimal qiyməti isə 114,82 dollar olub.

Neft/ Tarix

26.10.2026

27.10.2026

28.10.2026

29.10.2026

30.10.2026

Orta qiymət

Azeri LT CIF

$127.60

$122.49

$125.42

$122.28

$126.16

$124.79

Azeri Light FOB Ceyhan

$116.40

$112.12

$115.12

$112.38

$116.48

$114.5

Urals (EX NOVO)

$95.83

$90.00

$92.21

$88.35

$92.14

$91.71

Dated Brent

$127.97

$119.52

$120.61

$114.82

$118.76

$120.34

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости