https://news.day.az/azerinews/1871037.html Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu Azərbaycan hüquq-mühafizə orqanlarının müraciəti əsasında beynəlxalq axtarışa verilmiş şəxs Rusiyanın Amur vilayətində saxlanılıb. Day.Az lent.az-a istinadən bildirir ki, məlumata əsasən, həmin şəxs etibardan sui-istifadə yolu ilə özgə əmlakını mənimsəməkdə, yəni dələduzluqda şübhəli bilinib.

Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu

Azərbaycanca, 31 октября 2026 10:32 (UTC +04:00) 341
Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu

Azərbaycan hüquq-mühafizə orqanlarının müraciəti əsasında beynəlxalq axtarışa verilmiş şəxs Rusiyanın Amur vilayətində saxlanılıb.

Day.Az lent.az-a istinadən bildirir ki, məlumata əsasən, həmin şəxs etibardan sui-istifadə yolu ilə özgə əmlakını mənimsəməkdə, yəni dələduzluqda şübhəli bilinib.

Onun həbs edilərək Azərbaycana ekstradisiya olunması məqsədilə beynəlxalq axtarışa verilməsi təşəbbüsü Azərbaycan tərəfinə məxsus olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxsin Svobodnı rayonunda olduğu müəyyən edilib. O, saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib.

Daha sonra Azərbaycanın İnterpol Milli Mərkəzi Bürosu ilə əməkdaşlıq çərçivəsində saxlanılan şəxs ekstradisiya qaydasında Azərbaycana gətirilərək aidiyyəti dövlət qurumlarına təhvil verilib.

Bununla əlaqədar həmin şəxs barəsində beynəlxalq axtarış dayandırılıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости