https://news.day.az/azerinews/1870980.html Torpaq sürüşməsi fəsadlara yol açdı - VİDEO Beton panellər aşıb, 250 metrlik ərazidə təhlükəli vəziyyət yaranıb. Day.Az Xəzər TV-yə istinadən bildirir ki, Astarada Pensərçayda sürüşmə olub. İstinad divarı üçün salınan  bənd çaya tökülüb. Sürüşmə kənd daxili yolun da bir hissəsinin dağılmasına səbəb olub. Aşmalar Vaqo kəndində baş verib.

Torpaq sürüşməsi fəsadlara yol açdı - VİDEO

Azərbaycanca, 30 октября 2026 23:02 (UTC +04:00) 361
Torpaq sürüşməsi fəsadlara yol açdı

Beton panellər aşıb, 250 metrlik ərazidə təhlükəli vəziyyət yaranıb.

Day.Az Xəzər TV-yə istinadən bildirir ki, Astarada Pensərçayda sürüşmə olub. İstinad divarı üçün salınan  bənd çaya tökülüb. Sürüşmə kənd daxili yolun da bir hissəsinin dağılmasına səbəb olub.

Aşmalar Vaqo kəndində baş verib. Beton bəndlər dağılaraq, torpaq qatı ilə birlikdə çaya tökülüb. Nəticədə kənd daxili yolun bir hissəsi uçub.

Sakinlər deyir ki, çayın suyu çox olsa idi, daha böyük fəlakətə yol açardı.

Əraziyə aidiyyəti qurumların nümayəndələri cəlb olunub. Problemin qısa müddətdə aradan qaldırılması üçün, texnika vasitəsi ilə çayın məcrası dəyişdirilir.

Hazırda ərazidə təhlükəsizlik tədbirləri olaraq, lentlənmə işləri aparılıb. Əraziyə ciddi nəzarət olunur ki, nəqliyyat vasitələri dağılan yoldan keçəndə təhlükəli vəziyyət yaranmasın.

Daha ətraflı videomaterialı təqdim edirik.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости