https://news.day.az/azerinews/1870682.html Uşaqlarda aşkarlanan rotavirus nədir? Rotavirus infeksiyası xüsusilə azyaşlı uşaqlar üçün təhlükəli hesab olunur. Xəstəlik əsasən qış və yaz aylarında daha çox müşahidə edilir və uşaqlar arasında bağça və məktəblərdə sürətlə yayıla bilir. Mütəxəssislər qeyd edirlər ki, xəstəliyin əsas əlamətləri ürəkbulanma, qusma, ishal və qızdırmadır.

Uşaqlarda aşkarlanan rotavirus nədir?

Azərbaycanca, 29 октября 2026 21:14 (UTC +04:00) 360
Uşaqlarda aşkarlanan rotavirus nədir?

Rotavirus infeksiyası xüsusilə azyaşlı uşaqlar üçün təhlükəli hesab olunur. Xəstəlik əsasən qış və yaz aylarında daha çox müşahidə edilir və uşaqlar arasında bağça və məktəblərdə sürətlə yayıla bilir.

Mütəxəssislər qeyd edirlər ki, xəstəliyin əsas əlamətləri ürəkbulanma, qusma, ishal və qızdırmadır. Yoluxma, əsasən, çirkli əllər və virusla çirklənmiş əşyalar vasitəsilə baş verir.

Rotavirusa qarşı spesifik antiviral müalicə yoxdur, antibiotiklər isə virusa təsir göstərmir. Xəstəlik, adətən, təxminən bir həftə ərzində sağalır. Müalicənin əsas məqsədi orqanizmdə maye və elektrolit itkisini bərpa etməkdir.

Xüsusilə iki yaşa qədər uşaqlarda infeksiya daha ağır keçə bilər. Güclü qusma və ishal qısa müddətdə bədəndə ciddi susuzlaşmaya, ağır hallarda isə hipovolemik şoka səbəb ola bilər. Qızdırma isə çox vaxt ilk iki gün ərzində müşahidə olunur.

Rotavirus infeksiyasından sonra orqanizmdə virusa qarşı müəyyən immunitet yaranır. Lakin bu, təkrar yoluxmadan tam qorunma təmin etmir. Təkrar yoluxma hallarında xəstəlik, bir qayda olaraq, daha yüngül keçə bilər.

Mütəxəssislər azyaşlı uşaqlarda susuzlaşma əlamətlərinə diqqət yetirməyi tövsiyə edirlər. Sidiyin azalması, ağız quruluğu, halsızlıq və maye qəbul edə bilməmək kimi hallar müşahidə olunduqda vaxt itirmədən tibbi yardıma müraciət etmək vacibdir.

Xatırladaq ki, bu gün Ceyranbatan qəsəbəsindəki 2 nömrəli tam orta məktəbdə şagirdlərin zəhərlənməsi şübhəsi ilə bağlı təcili tibbi yardım çağırışı qeydə alınıb. Təcili tibbi yardım briqadası tərəfindən 8 nəfərə yerində yardım göstərilib. Müayinə zamanı şagirdlərdə rotavirus infeksiyası aşkarlanıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости