https://news.day.az/azerinews/1870421.html Maşın dərəyə aşdı - Sürücü xəsarət alıb Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib. Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə Şəmkir-Gədəbəy yolunun rayonun Yasamal adlanan ərazidən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə "VAZ 2106" markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə minik maşını 50 metr dərəyə aşıb.

Maşın dərəyə aşdı - Sürücü xəsarət alıb

Azərbaycanca, 29 октября 2026 09:33 (UTC +04:00) 347
Maşın dərəyə aşdı

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə Şəmkir-Gədəbəy yolunun rayonun Yasamal adlanan ərazidən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə "VAZ 2106" markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə minik maşını 50 metr dərəyə aşıb.

Qəza nəticəsində avtomobillin sürücüsü - Şəmkir rayon sakini 1984-cü il təvəllüdlü D.Əhmədov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости