https://news.day.az/azerinews/1870268.html İş saatları dəyişsə də tıxac azalmadı - Çıxış yolu təklifləri nələrdir? - VİDEO İş saatlarının dəyişdirilməsi ilə Bakıda tıxacların azalacağı gözlənilsə də, paytaxt yollarında sıxlıq hələ də davam edir. Pik saatlarda əsas prospektlərlə yanaşı, ara küçələr və alternativ yollar da tıxacla üzləşir. Sürücülər bəzən yarım saatlıq yolu iki saata qət etdiklərini bildirirlər.

İş saatları dəyişsə də tıxac azalmadı - Çıxış yolu təklifləri nələrdir? - VİDEO

Azərbaycanca, 28 октября 2026 15:02 (UTC +04:00) 317
İş saatları dəyişsə də tıxac azalmadı

İş saatlarının dəyişdirilməsi ilə Bakıda tıxacların azalacağı gözlənilsə də, paytaxt yollarında sıxlıq hələ də davam edir. Pik saatlarda əsas prospektlərlə yanaşı, ara küçələr və alternativ yollar da tıxacla üzləşir. Sürücülər bəzən yarım saatlıq yolu iki saata qət etdiklərini bildirirlər.

Day.Az xəbər verir ki, nəqliyyat eksperti Adil Nəbiyevin sözlərinə görə, iş saatlarının cəmi 30-60 dəqiqə dəyişdirilməsi tıxac problemini köklü şəkildə həll edə bilməz.

Onun fikrincə, sıxlıq sadəcə əsas yollardan ara küçələrə keçir. Problemin həlli üçün iş qrafikləri arasında daha böyük zaman fərqi yaradılmalı, ictimai nəqliyyatın imkanları genişləndirilməlidir.

Ekspert problemin uzunmüddətli həlli üçün regionlarda iş yerlərinin artırılmasını, ali məktəblərin bölgələrə köçürülməsini və məktəb avtobuslarının tətbiqini təklif edir. Onun fikrincə, bu addımlar Bakıya gündəlik daxil olan nəqliyyat vasitələrinin sayını azalda bilər. Əks halda, paytaxt yollarında saatlarla davam edən tıxaclar sürücülərin gündəlik probleminə çevrilməkdə davam edəcək.

Ətraflı "Xəzər TV"-nin videomaterialında:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости